ATVİB Şuranın dəstəyi ilə Şəhid, qazi və aztəminatlı ailələrə ərzaq yardımı göstərdi

10.12.2020

Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən“ İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  “Pandemiyadan zərərçəkmiş ailələrə ərzaq yardımının göstərilməsi” adlı lahiyənin qalibi olmuşdur. ATVİB İdarə Heyətinin Sədri İsmayıl Rəhimovun verdiyi məlumata görə ilkin lahiyədə Azərbaycanda Axısxa türklərinin folklor gününün keçirilməsi  nəzərdə tutulsa da, Pandemiya ilə əlaqədar yığıncaqlar qadağan olunduğundan lahiyə respublika üzrə 100 aztəminatlı ailəyə ərzaq yardımının göstərilməsinə dəyişdirilmişdir. Qeyd edək ki, lahiyənin icra müddəti Azərbaycanın Vətən Müharibəsi dövrünə təsadüf etdiyindən, aztəminatlı ailələrlə yanaşı şəhid, qazi ailələr üçün də ərzaq yardımları müəyyənləşdirilmişdi. Məlumat üçün qeyd edək ki, Azərbaycanda 80 mindən çox  Axısxa türkü yaşamaqdadır. Onlar demək olar ki, respublikamızın hər bölgəsində yaşayırlar. Daha kompakt yaşadığı yerlər Saatlı, Sabirabad, Quba, Xaçmaz, Şabran, Şəmkir, Qoranboy, Şamaxının Mədrəsə qəsəbəsi və digər bölgələrimizdə yaşamaqdadırlar. İsmayıl müəllimin sözlərinə görə ATVİB – nin bölgə ofisləri və bölgə   rəhbərləri fəliyyət göstərir. Birliyin bölgə rəhbərləri Muhiddin Xəlilov, Səlimcan Rizmanov, Əhməd Cabbarov icmanın bölgələrdəki  gündəlik məsələləri ilə məşğul olurlar. Bu lahiyə çərçivəsində də onlar şəhid, qazi və aztəminatlı ailələri müəyyənləşdirərək yardımları Birliyin sədri İsmayıl Rəhimovla bərabər ünvanlara çatdırmışlar. Ərzaq yardımları Bakı şəhərinə, Yevlax, Göygöl, Şəmkir, Qoranboy, Gəncə, Tovuz, Quba, Şabran, Xaçmaz, Saatlı, Sabirabad, Beyləqan, Zaqatala rayonuna və adı keçən rayon və şəhərlərin kəndlərinə çatdırılmışdır.


ərzaq yardımı AXISXA Şura ATVİB