“Gənclər qida terroruna yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir

24 YNR 2017

13 yanvar 2017-ci il tarixdə Rayonun H.Əliyev Mərkəzində “Gənclərin Töhfəsi” İctimai birliyinin “Gənclər qida terroruna yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə səhiyyə, təhsil işçiləri, məktəbəqədər təhsil müəssisəsinin rəhbərləri, GEM-nin işçiləri, Təhsil müəssisələrinin bufetlərində çalışan işçilər iştirak edirdilər.
50 nəfərin iştirak etdiyi maarifləndirmə tədbirini giriş sözü ilə RİH başçısı aparatının İctimai-siyası və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov açdı və insan üçün qidanın keyfiyyətli tərkibinin  nə dərəcədə əhəmiyyətli olduğunu və bugünki mövzunun aktuallığını diqqətə çatdırdı.
İctimai birliyin sədri Asim Vəliyev dünyamızda çeşidli bitgi növlərinin və canlı orqanizmlərin qida kimi qəbul edildiyini bildirdi. Bu gün dünyamızda təhlükəli qida prosesinin baş verdiyini və ərzaq təhlükəsizliyi uğrunda mübarizə tədbirlərinin həyata keçirildiyini söylədi.
Birliyin Beynəlxalq dərəcəli ekspert və təlimçisi Gülay Manafova geniş məruzə ilə çıxış etdi və qida təhlükəsizliyinin müxtəlif istiqamətləri barədə toplantı iştirakçılarına məlumat verdi.
Tədbir diskusiya xarakterli olmaqla suallar ətrafında müzakirələr aparıldı. Sonda iştirakçılara sertifikatlar təqdim olundu.


Paylaş

qida terroru sağlamlıq geni dəyişdirilmiş orqanizmlər Gənclərin Töhfəsi İctimai Birliyi Asim Vəliyev İsmayıllı