“Gənclərə Qayğı” İctimai Birliyi aztəminatlı ailələrə ərzaq yardımı payladı

28.08.2020

Ölkəmizdə pandemiyadan əziyyət çəkmiş aztəminatlı ailələrə, tənha yaşlılara və digər həssas əhali qruplarına ərzaq yardımlarının göstərilməsi işləri davam edir. Bu işdə dövlət və özəl qurumlarla yanaşı bir sıra Qeyri-Hökumət Təşkilatları da səfərbər olublar.
Məlumat üçün bildiririk ki, “Gənclərə Qayğı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Pandemiyadan zərərçəkmiş aztəminatlı ailələrə yardım kampaniyasının təşkili” adlı layihə çərçivəsində Masallı rayonunda yaşayan pandemiyadan əziyyət çəkmiş 47-dən çox aztəminatlı ailəyə ərzaq yardımı göstərmişdir.


sağlam qida könüllü qida təhlükəsizliyi gənclərə qayğı şura koronovirus mübarizə