GMO-ya YOX deyək

05.10.2019

 Azərbaycan Respublikası Prezidenti yanında   QHT  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  Gənc Vətənpərvərlər İctimai Birliyi  “İstehlakçıların hüquqlarının və qida təhlükəsizliyinin qorunmasına dair əhalinin məlumatlandırılması” adlı layihə çərçivəsində “Önəmli olan, məhsulun tərkibi  bizim sağlamlığımızdır,“Çalışaq, sağlam olaq mövzusunda  Azərbaycan Turizm və Menecment Universitetinin  təşkilatcılığı ilə  elmi nəzəri praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Turizm və Menecment Universitetin Mehmanxana və Restoran biznesi kafedrasının müdiri Novruz Əmirxan oğlu Quliyev  tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilib .                Sonra o qeyd etdi ki, Azərbaycanda GMO ilə bağlı maarifləndirmə kampaniyasına ehtiyac var. Layihənin rəhbəri M. Əliyev çıxış edərək  layihə çərçivəsində keçirilən  tədbirlərdən və  keçirilən tədbirlərdə çox saylı gənclərin faydalanmasından söhbət açıb  və qeyd edib ki, GMO məhsullarının istehsalı fasiləsiz olaraq artır. Çox zaman həmin məhsulların üzərində onları təbii qidalardan fərqləndirən etiketlərin olmaması GMO istehlakının reallıqda daha yüksək olduğunu deməyə əsas verir. “Gəlin GMO  məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”.

 Azərbaycan Turizm Menecmen Universitetinin Mehmanxana və Restoran biznesi kafedrasının dosenti Çingiz Əliyev  qeyd edib ki, Nazirlər Kabinetində GMO ilə bağlı qərar qəbul edilib. Həmin qərara əsasən, Azərbaycana genetik modifikasiya olunmuş məhsulların idxalı tam qadağan edilib. Yeganə qanun "Toxumculuq haqqında" qanundur. Onun 27-ci maddəsinin 2-ci bəndində xüsusi qeyd edilib ki, Azərbaycana GMO mənşəli toxumların gətirilməsi, idxalı qadağandır. Ancaq müstəsna hallarda - sərgilərdə göstərmək, təcrübələr qoymaq məqsədi ilə gətirmək olar .

Tədbirdə mövzu ilə bağlı çıxış edən "Gənclərin Töhfəsi" İctimai Birliyin icraçı direktoru, sağlam qidalanma mütəxəssis Məhsəti Hüseynova bildirdi ki, "GMO-lu məhsullarla qidalanan insanların bir müddətdən sonra müxtəlif xəstəliklərə düçar olması artıq sirr deyil. Yerli, ənənəvi toxumlarlar yetişdirilən meyvə və tərəvləzləri öz mövsümündə yemək daha faydalıdır. Sağlam həyat tərzi seçiriksə, GMO-ya yox deməliyik."

  AMEA-n Azərbaycan Tarix Muzeyinin  baş məsləhətçisi, Saəbayil rayon YAP –n müzeydə  dayaq mərkəzinin  sədri P. Əzimova qeyd edərək bildirdi ki, İctimai narahatlığa səbəb olan məsələ GMO qidaların insan sağlamlığına vura biləcəyi fəsadlardır. Geni dəyişdirilən bu cür meyvə-tərəvəzin fəsadlarının olduğu heç kimə sirr deyil. Hətta bəzi beynəlxalq təşkilatların açıqlamalarında da belə GMO qidalarının sağlamlıq üçün risk potensialının yüksək olduğu açıq-aydın bildirilir. Belə ki, geni modifikasiyaya uğrayan qidaların başqa allergik xəstəliklər olmaqla, orqan çatışmazlığı, immun zəifliyi, hətta bəzən xərçəngə belə yol aça biləcəyi istisna olunmur

  Tədbirdə çıxış  edənlər Azərbaycan Turizm və Menecment Universitetin Karyera və Kommunikasiya  şöbəsinin müdir müavini  S.Məmmədova ,Universitetin   xidmət mühəndisliyi fakutəsinin  tələbələri Ə.Uzunalova ,T.Qarayev, A.Abdulayeva  ,layihə üzrə təşkilat komitəsinin üzvü  G.İskəndərova  və başqaları bu yönümlü  layihələrin vacibliyindən söz acdılar. Tədbirdə mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmış və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında tələbələrə,qonaqlara maarifləndirici buklek və təsvirli köynəklər paylanmışdır.   

Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi  Genetik modifikasiya olunmuş Orqanizmli (GMO) məhsulların cəmiyyətə verdiyi ziyanlar haqqında araşdırma aparmaq, bu barədə əhalini məlumatlandırmaqdır. Tədbirdə, Turizm və Menecment Universitetinin xidmət mühəndisliyi fakutəsinin  tələbələri Universitetin  pedoqoji kollektivi  rayon ictimaiyyət nümayəndələri,GVİB-n İdarə Heyəti və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər. Daha sonra tələbələrin  sualları cavablandırılıb. Tədbirdə Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullar  haqqında ümumi anlayış və terminalogiya mövzularında tələbələrə, qonaqlara maarifləndirici buklet və təsvirli köynək paylanılıb.                                                                                                                                                                            

 Layihə iştirakçıları əsasən 18-19- yaş arası olan gənclərdən ibarət olub.   


GMO sağlam qidalanma yerli toxum