GVBİB elmi-nəzəri konfrans keçirib

05.10.2019

Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında  QHT-lərə Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə  “İstehlakçı hüquqlarının  və qida  təhlükəsizliyinin qorunmasına dair  əhalinin  məlumatlandırılması” adlı layihə çərçivəsində, Bakı şəhəri, Nəsimi rayon 8 saylı tam orta məktəbdə “Geni dəyişdirilmiş Orqanizmlərin zərərli nəticələri” mövzusunda   elmi-nəzəri-praktik konfrans keçirib.

 Tədbirdə məktəbinin müvafiq struktur rəhbərləri, müəllim və şagirdləri ,GVİB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.  Tədbiri giriş sözü ilə açan 8 saylı tam orta məktəbin direktor  müavini S. İbrahimli tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilib .                                                                                                                                    

Sonra o qeyd etdi ki, Gen mühəndisliyi genlərlə manipulyasiya edərək, onların bir orqanizmdən digərinə köçürülməsi deməkdir. Bu təcrübədə insan təbiətdən daha qabağa gedərək genləri yalnız eyni növlər daxilində deyil, həm də müxtəlif növlər arasında köçürməyi bacarmışdır.Gen köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm – GMO adlanır. Sonra  qeyd edən məktəb direktoru A.Baxışova bildirdi ki,GMO qida məhsullarla bağlı ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirləri gücləndirmək lazımdır.                                                                                                                                        .                                        

Layihə rəhbəri M.Əliyev  layihənin məqsəd və vəfələrindən danışdı.Sonra o,qeyd etdi ki, İndi dünyanın ən inkişaf etmiş ölkələrində (ABŞ, Kanada, Çin, Yaponiya və s.) ərzaq məhsullarının, meyvə və tərəvəzlərin 70%-dən çoxunun tərkibində transgen inqredentlər var.   Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”.                                                                                                                                         

Qida mütəxəssisi, beynəlxalq dərəcəli təlimçi Məhsəti Hüseynova qeyd edərək bildirdi ki, meyvə-tərəvəz alarkən diqqətli olmaq  lazımdır: “Həddindən artıq böyük kartof, badımcan və digər kənd təsərrüfatı məhsulları, hamısı eyni ölçüdə olan, bir qəlibdən çıxmış kimi görünən meyvələr, həddindən artıq parıldayan almalar GMO məhsullarıdır. 

Sarı, qızılı rəngdə olan düyülər birmənalı şəkildə GMO-dur. Soya komponenti olan istənilən məhsul GMO-dur. Əgər pomidoru günlərlə saxlayırsınız, günün qabağına qoyursunuz, amma yenə də xarab olmur. Deməli, bu, 

GMO-dur. Bu baxımdan, istehlakçılar bazara girərkən diqqətli olmalıdırlar, Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq” 

Tədbirdə, çıxış edənlər Nəsimi rayon Gənclər İdman İdarəsinin  Baş məsləhətçisi  R.İsmayılov, GTİB –in Sədri A.Vəliyev, Hərbi rəhbər H. Əliyev, GVİB-ARGTMŞ-in  nümayəndəsi  R. Orucova, məktəbin şagirdləri  A. Nağıyev, M.Nemətzadə  və başqaları bu yönümlü layihələrin vacibliyindən söz açdılar. 

Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmış və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında maarifləndirici buklek və təsvirli köynəklər paylanmışdır.

  


sağlam qida könüllü qida təhlükəsizliyi gənclərin töhfəsi şura