İctimai Nəzarət Qrupları maarifləndirmə işi davam etdirir

30.10.2020

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə “Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil edilmiş və Gənclər Fondu tərəfindən dəstəklənən gənclər təşkilatlarından ibarət ictimai nəzarət qruplarının vətənpərvərlik  istiqamətində fəaliyyəti” layihəsi çərçivəsində yaradılmış İctimai Nəzarət Qrupları tərəfindən gənclərin qarşılaşdığı məsələlərin araşdırılması və həlli istiqamətində işlər görülməsi məqsədilə sorğu həyata keçirilmişdir. İctimai Nəzarət Qrupu üzvü olan “Gənclərin Töhfəsi” İctimai Birliyi də keçirilən sorğuda yaxından iştirak etmişdir. Sorğu əsnasında gənclərin qarşılaşdığı məsələlərin həlli istiqamətində tövsiyələr verilmişdir.

Həmçinin nəzərinizə çatdıraq ki, oktyabr ayında İctimai Nəzarət Qrupu üzvü olan “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən paytaxtda maarifləndirmə işində yaxından iştirak etmişdir. Maarifləndirmə kampaniyası çərçivəsində paytaxt sakinlərinə bayraqlar hədiyyə edilərək onları orduya dəstək məqsədilə yalnız rəsmi mənbələrə istinad edərək paylaşımlar aparmaq, həmçinin koronvirusdan qorunmağa dair tövsiyələr verilmişdir.


sağlam qida könüllü qida təhlükəsizliyi gənclərin töhfəsi şura NAYORA İctimai Nəzarət Qrupları AzGF