“Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO”adlı kitab nəşr olunub

21 APL 2018

Kitavevim.az-da Azərbaycanda ilk dəfə ana dilimizdə nəşr olunmuş “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı ilk kitabın təqdimat mərasimi keçirilib.
 “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Birliyin icraçı direktoru Məhsəti Hüseynovanın müəllifliyi ilə işıq üzü görən kitabın təqdimatında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Aysel Cəlilova, “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, “Gənc Vətənpərvərlər Birliyi”nin sədri Müqamət Əliyev, sədr müavini, Qarabağ qazisi İslam Əzimov, “Kapital Bank” ASC-nin nümayəndəsi Gülşən Fətəliyeva, “Global Educational and Consalting Centre” tədris mərkəzinin rəhbəri Hüseynağa Əliyev, həkim Şəfa Həsənli, Dialoq TV-nin əməkdaşları Məsud Qurbanov, Vüqar Əhmədov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının bölmə müdiri Habil Əliyev və digər qonaqlar iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan kitabın müəllifləri qida təhlükəsizliyi sahəsində mövcud vəziyyət, sağlam qidalanma, zərərli qatqı maddələri, GDO-lu məhsulların iqtisadi, siyasi, ekoloji, dini baxımdan fəsadları, Azərbaycanda GDO-ya nəzaərt mexanizmi və qanunvericiliklə tənzimlənməsi xüsuslarında geniş məlumat veriblər. 

Daha sonra mövzu ətrafında çıxışlar dinlənilib. 
Qeyd edək ki, “Qida Təhlükəsizliyinin İctimai Monitorinq Qrupu” Bakıda və regionlarda müxtəlif ali və orta təhsil ocaqlarında geniş miqyaslı maarifləndirmə işlərini həyata keçirməyi planlaşdırır.


qida terroru sağlamlıq geni dəyişdirilmiş orqanizmlər Gənclərin Töhfəsi İctimai Birliyi Asim Vəliyev Məhsəti Hüseynova