"Sağlam Qida" İctimai Monitorinq Qrupu (bundan sonra - Qrup) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin «Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 2017-ci il 10 fevral tarixli fərmanını əsas tutaraq Azərbaycan Respublikasında qida təhlükəsizliyi, zərərli vərdişlər istiqamətində dövlət orqanları tərəfindən görülən işlərə ictimai dəstək göstərmək, bu sahədə mövcud olan problemləri aşkara çıxarıb ictimailəşdirmək və maarifləndirmə işini təşkil etmək məqsədilə yaradılıb Qrup öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını rəhbər tutur.
Qrup planlaşdırdığı fəaliyyəti həyata keçirmək üçün tədbirlər, mətbuat konfransları, seminarlar, təlimlər, görüşlər təşkil edir, mediada və sosial şəbəkələrdə qida sahəsindəki mövcud durum haqqında məlumatlar paylaşaraq maarifləndirir və məlumatlandırır, bu sahədə fəaliyyət göstərən dövlət və ictimai qurumlarla əməkdaşlıqlar həyata keçirir, layihələr reallaşdırır. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa əsasən müvafiq sahədə qanunvericilik bazasının inkişaf etdirilməsi məqsədi ilə yeni qanun layihələrinə dair rəy və təkliflərini verir. Təhlükəsiz qida mövzusunda təkliflər, konsepsiyalar hazırlayıb müvafiq qurumlara təqdim edir.
Fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək; Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə qadağan olunmayan digər hüquqları həyata keçirmək.
İlk insandan bu günə kimi həyatımızın davamlılığını təmin edən təməl ünsür qidadır. Öncə ehtiyacı olan qidaları istehsal edən, sonra istehsal etdiyi ərzaqlardan toxumu və tumurcuğu ilə həyatın davamlılığını təmin edən, son olaraq da millətlərə ayrıldıqca ticari bir vasitə halına gələn ərzaq, bu gün sayılan funksiyalarından fərqli olaraq eyni zamanda beynəlxalq siyasətin və qlobal Kapitalizmin əlində əhəmiyyətli və təhlükəli bir silahdır. Tarix kitabları yer üzündəki müharibələri təsnif edərkən, qənimət və dini əsaslarla aparılan müharibələr, enerji müharibələri (neft) və su müharibələri kimi təsnif edir. Yaşadığımız əsr, tarix boyu müharibənin hər növünə şahidlik etdi. Bu gün isə "qida müharibələri” deyilən bir müharibə gedir. Hər kəsin gözü qarşısında baş verən bu müharibədən də anlaşılır ki, qarşıdan gələn əsr yenə də ilk növbədə ərzaq müharibələrinə səhnə olacaq. Qlobal Kapitalizm və İmperializm bəşəriyyətin ehtiyac duyduğu təməl ehtiyacları inhisarında saxlayaraq, millətləri suverenliyi altına alır. Əvvəl yeraltı sərvətləri, sonra yerüstü sərvətləri, sonra əvəzolunmaz əsas ehtiyaclarımızdan su və ərzaq beynəlxalq Kapitalizmin və İmperializmin əlində mükəmməl silaha çevrilir. Hər şey gözlərimizin önündə baş verərkən, olanlara bu dərəcə biganə qalmağımızın səbəbini izah etmək çətin görünür. Şüursuz şəkildə istifadə edilən pestisidlər, hormonlar, gömrüklərdən asanlıqla daxil olan geni dəyişdirilmiş məhsullar (GDO), tərkibini və mənşəyini bilmədiyimiz məhsullar cəmiyyətin yeni və ən böyük düşmənidir. Yaxın keçmişə qədər öz kənd təsərrüfatı məhsulları ilə özünü təmin edərkən, halhazırda məhsuldar torpaqları bitmiş kimi kənardan kənd təsərrüfatı məhsullarının idxalçısı olduq. Halbuki rayon və kəndlərdə yerli kənd təsərrüfatı məhsullarının istehsalını stimullşadıraraq, həm işsizliyin qarşısını alarıq, həm də kənd və rayonlardan iş axtarmağa üz tutmuş əhalini işlə təmin edə bilərik. Əvvəl əhalinin çoxluğunu bəhanə etdilər. Daha sonra məhsuldar ərazilərin yaşayış sahəsi edilməsi üçün urbanizasiya modelləri erroziyaya uğradıldı. "Kənd təsərrüfatı sahələrinin azlığı və məhsuldarsızlıq” kimi bir cəfəngiyat ilə beyinlər yuyuldu. Sənaye inqilabı yalanı ilə torpaqdan utandırılan, torpağı becərmək əvəzinə kafelərdə oyun oynamağa həvəsləndirilən xalq kütlələri sənaye inqilabının üzərlərinə çökməsiylə işsiz və ümidsiz buraxıldılar. Beynəlxalq trestlər bu günlər üçün varmış kimi ortaya atılmaqda gecikmədilər. Daha asan istehsal, daha çox məhsuldarlıq və daha çox qazanmaq uğrunda insan nəslinin gələcəyini təhlükə altına alan Geni Dəyişdirilmiş Orqanizmli (GDO) məhsullarla üz-üzə qaldıq. Bunun sayəsində rayonda, kənddə yetişən və təbii üsullarla əldə edilən toxumlar və məhsullar yerinə, laboratoriya şəraitində formalaşdırılan, artıq toxum verməyən, görünüşü eyni olsa da, dadı, qoxusu, rəngi və möhkəmliyi eyni olmayan, bir qəlibdən çıxmış, hər mövsümdə süfrələri bəzəyən bu məhsulların bəşəriyyətin kabusu olduğuna şübhə etmirik. Və beləliklə "təbii” olan, “tarix” oldu. Hər kəs məhsulunun “təbii” olduğu iddiasındadır. Ancaq artıq “təbii” olan, “yalan” olanlara bərabərdir. Materializmin köləsi kimi düşünüb hərəkət edən, inanclara, fəlsəfi fikirlərə, qidalanma mədəniyyətlərinə hörmətsiz bir sıra istehsalçılarla yanaşı, informasiya və narahatlıqdan məhrum yeni tip istehlakçılar sayəsində təbii quruluş pozulmuş, kənd təsərrüfatı məhsullarından əldə edilən məhsulların mənşəyi haqqında məlumat sahibi olmadığımız kimi, düzgün biliyə nail olmağımıza mane olan qarışıqlığa əlavə məlum bürokratiya və məsuliyyətsiz siyasət sayəsində, insan nəslinin immun sistemi zəiflədilmişdir. Minlərlə sağlam qida qatqıları ilə təbiəti pozulan bəşəriyyət, bu süni və təhlükəli yeyinti sənayesi sayəsində hər gün xəstə və hər günü xəstəxana dəhlizlərində keçən dərman aludəçisinə çevrilibdir. Bəşəriyyət, “daha çox qazan” formulunun tətbiq olunduğu müasir qida və sağlamlıq sənayesindən, itki üstünə itkilər verir. Xırda yağlar, yağ kimi sürüşkən insan modeli, konserv istehlak edən yarımçıq doğulmuş insan tipi, qablaşdırılmış məhsullar sayəsində ruhunu itirmiş “dəb müqəvvası insanlar” əldə etmək üçün nə lazımdırsa edilmişdir və bugün də davam edir. Yeni nəsil südü bilmir, ayran içməmiş, doşabı eşitməmiş ancaq daxilindəki qeyri-sağlam, keyfiyyətsiz, etibarsız rəngləndirici, dadlandırıcılarla yanaşı asılılıq meydana gətirən, qatqılı, qazlı içkilər sayəsində sanki “ləzzətin və dadın köləsi” halına gətirilmişdir. Şairin sözüylə qarşımızda “aşı zəhərlə bişmiş bir nəsil” var. Kolbasasında, sosikasında və kotletində ət olmayan, ədviyyatı inşaat boyası və saxsı tozundan hazırlanan, zeytuna ayaqqabı boyası qatan, tullantı yağı distillə edib yenidən satan, pendiri və dondurmanı südsüz hazırlayan, pendirin mayasını tanımayan, çörəyi də naməlum və təhlükəli qatqılardan hazırlayan bir cəmiyyətdə, insan zəhərləməyin cinayət olduğunu deyən bir hüquq, sadəcə gülüncdür! Pul qarşılığı təhlükəli məhsulları müdafiə edən, bir neçə qəpik əmlak üçün dilini udan, kor, kar, dilsiz sözdə ziyalı və elm adamları, daha acısı bütün bunlara ölülər qədər səssiz, daş qədər laqeyd bir insan nəsli mövcuddur. Belə bir nəsil, qatilinə pul verən öldürüləndən fərqsizdir. Həzz və ləzzətə ölümünə aşıq bir gənclik məhz yeni çağın müasir qulları üzərində qurulan mürəkkəb, qarışıq, amma etdiyini bilərək edən bir sənaye mövcuddur. Reklam deyilən böyük sehrlə, zəhərinə susamış bəşəriyyətə yaxşını, doğrunu, təbiini, həqiqəti, keçmişi, gələcəyi və ən əhəmiyyətlisi o mükəmməl insana mükəmməl olanı xatırlatmaq üçün içindəki vulkanik “narahatlıqları” bölüşmək və insani məsuliyyətlərinin vacibliyini ifa etmək üçün əlimizdən gələni etməliyik.