Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır

04.11.2019

25-29 oktyabr tarixlərində Türkiyə Cumhuriyyətinin Sakarya şəhərində eyni anda 3 fərqli mövzuda keçirilən - Kimyəvi elmlər və texnologiyalar üzrə 5-ci, Humik turşular üzrə 4-cü, Təbiət elmləri və Mühəndislikdə ixtiralar üzrə 3-cü Beynəlxalq Türk Dünyası Konfranslarına dəvət alan sağlam qidalanma üzrə ekspert-təlimçi, yazar Məhsəti Hüseynova konfrans sonrası Sakarya TV-yə müsahibə Verdi. Türkiyə və Azərbaycan dostluq əlaqələrinin daim olmasını vurğulayan Məhsəti Hüseynova aparıcının “Azərbaycan, Bakı haqqında bizə danışa bilərsiniz?” sualına belə cavab verdi.
“Azərbaycan, Bakı çox gözəldir, olmamısınızsa sizi Azərbaycana dəvət edirik, gəlin, görün. Canlı görmək ən gözəlidir. Son 10 ildə Bakı çox inkişaf edib, Bakıda inşa olunan istər yeni memarlıq nümunələri olsun, istər parklar olsun, hər şey çox gözəldir, insanların təhlükəsizliyi çox önəmlidir və onu demək istərdim ki, bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.”
Qeyd edək ki, Konfransların keçirildiyi müddətdə mükəmməl türk və ingilis dili bacarığı ilə diqqət çəkən Məhsəti Hüseynova Konfransların koordinatoru Prof. Dr. Ahmet Tutarla Sakarya Tv-yə dəvət olunan yeganə mühazirəçi oldu.


sağlam qida