Çiy südmü, yoxsa pasterizə...

21.09.2019

Prof. Dr. Ahmet Rasim Küçükusta "çiy südlə" əlaqəli fikirlərini anladır:
BİR: Əsas sağlıqlı və faydalı olan işlənmiş süd deyil "çiy süd"dür". Sənaye tərəfindən fiziki və kimyəvi işləmlərə məruz qalan və təbiətdə bir bənzəri olmayan bir məhsula çevrilən işlənmiş süddə çiy südün demək olar bütün faydalı özəllikləri ortadan qalxmış olmasıyla yanşı, zərərli olması da qüvvətli ehtimaldır.
İKİ: Çiy südün nəzarətsiz satılması əlbəttə yanlışdır və onsuz da böyük şəhərlərdə küçə südü və küçə südçüsü qalmamışdır.
Südün də süd olaraq içilməsi deyil, mayalandıqdan sonra yoğurd, ayran, kefir, pendir şəklində yeyilib-içilməsi daha doğrudur.
ÜÇ: Küçə südü – sənayeçilər tərəfindən çiy südü qaralamaq üçün uydurulmuş bir ifadədir və akademiklərin sənayeçilər ağzıyla danışması, bu tələyə düşməsi üzücüdür.
DÖRD: Şüşə qabda günlük orqanik südün və çiy südün bu gün bir çox nöqtədə lazımi nəzarətdən keçərək və soyuq zincir içində satıla bilməsi mənim kimi bir çox həkimin illərdir davam edən mübarizəsinin nəticəsidir.
4 ay qalan, UHT və homogenizasiya işləmləri tətbiq edilən, qatqı maddələri əlavə edilən qutu südlərindən kimsəyə xeyir gəlməz.
BEŞ: Bəli, sulanan, turşuyan, xarab olan ev yoğurdu da market yoğurdundan daha sağlıqlıdır, kimsənin ən kiçik bir şübhəsi olmasın!


süd çiy süd pasterizə süd