FAO (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı)

08.08.2019

Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agriculture Orqanisation/FAO): 1943-cü ildə Cəmiyyəti Akvam dövründə aclığı yox etmək və qidalanma şərtlərini yaxşılaşdırmaq kimi bir iddiayla qurulur. 1946-cı ildə Birləşmiş Millətlər Təşkilatına qatılır. Fəaliyyət sahəsi kənd təsərrüfatı, yeyinti, heyvandarlıq, meşəçilik və balıqçılıqla bağlı məhsulların istehsalı, ticarəti və yığılmasıdır. Mərkəzi Romada olan təşkilatın çoxsaylı ölkədə büroları var. Statistik araşdırmalar aparır, hər il dünya miqyasında məlumatlar dərc edir. Bu faktlardan biri də aclıq faizləridir. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı və Ümumdünya Ticarət Təşkilatı kimi qlobal hegemon güclərin nəzarətindədir. Bu səbəblə verdiyi məlumatların doğruluğuna inanmaq olduqca çətindir. Bu cür təşkilatların dünya göstəricilərini necə təhrif etdiklərinə və yönləndirmə vasitəsinə çevrildiyinə dair xeyli sayda əsər qələmə alınmışdır. Hər cür manipulyasiya edə bilən bu təşkilatların açıqlamalarına görə dünyada halhazırda 1 milyard 20 milyon insan acdır. Hər beş nəfərdən birinin aclığa məhkum olduğu təəssüratı yaradılır. Bu vəziyyət GDO-nun qanuniləşdirilməsi və GDO məhsul əkiminin aclığa çarə olacağı iddialarını gücləndirmək naminə istifadə edilir və şirkət əkinçiliyi genişləndirir. Bu gün dünyada hər il aclıq həddinin altında yaşayanların hamısını bir neçə il doyuracaq miqdarda istehsalın bol olmasına baxmayaraq təşkilat, düzgün paylanma probleminə heç toxunmur.


FAO Ərzaq Kənd Təsərrüfatı