Qəlyan yoxsa siqaret ?

12.11.2019

İnsanlar siqaret yerinə, ondan  daha az zərərli olduğunu düşündükləri üçün qəlyan, pipo kimi tütün tərkibli digər məhsullar istifadə edirlər. Əslində bu məhsulların bəziləri siqaretdən daha zərərlidir. Məsələn qəlyan çəkmək xoş qoxusundan dolayı insanlar tərəfindən tərceh edilsə də siqaret ilə qarşılaşdırdığımızda qəlyan daha zərərlidir. Qəlyan çəkərkən ağciyərimizə çəkdiyimiz tüstü, siqaret çəkərkən çəkdiyimizdən daha çoxdur. Bir də bu tüstü qəlyan mexanizmində olan, su hissəsinin altından gəldiyi üçün duman ağciyərlərimizdə ən incə hava kisələrinə qədər çatır. Bu vəziyyət çox zərərlidir. İnsanlar qəlyanı, hər gün çəkmədikləri üçün daha az zərərli olduğunu düşünə bilərlər. Amma bu vəziyyət qətiyyən belə deyil. Ayrıca belə bir inanc var ki, qəlyan da tüstü suyun altından çəkildiyi üçün su dumanı təmizləyir, toksinlərdən aşındırır. Bu səhv düşüncədir. Qəlyandakı su olan qisimdən tüstünu çəkib  nəfəs aldığımız üçün ağciyərimizdəki təzyiqdə dəyişiklik meydana gəlir və bu səbəblə çəkdiyimiz duman ağciyərimizə daha rahat bir şəkildə dağılır və hərtərəfinə asanlıqla yayılır. Bunun səbəbi aromatik tərkibli olduğu üçün və suyla birləşməsindən nəm tüstü yaranır. Beləlikə duman rahatlıqla ağciyər alveollarının səthini örtür, qazlar mubadiləsini ləngidir. Bu da qəlyan çəkənlərin tez-tez rast gəldikləri baş firlanması, ürək bulanmasının səbəbi olaraq açıqlanır.

Kimyəvi tərkibinə nəzər salsaq, bir insan ortalama 20 – 80 dəqiqə arasında qəlyan istifadə etdikdə qisa zamanda yüksək miqdarda karbonmonoksid, ağır metal və qətrana məruz qalır. Bir qəlyan istifadəsi təqribi olaraq 100 ədəd yeni 5 qutu siqaret çəkməyə barabərdir. Qəlyanın dumanındakı zəhərli maddələr qorxuducu səviyyədədir. Tüstüdəki arsen, nikel, kobalt, xrom və qurğuşun miqrdarı siqaret tüstüsündəki miqdara görə çox daha yüksəkdir. Misal olaraq göstərə bilərik ki, siqaret tüstüsündə 34 - 85 nq qurğuşun varsa, qəlyanda bu nisbət 6870 nq-dır. Siqaret dumanında 40 – 120 arsen varkən, qəlyanda bu miqdar 165 nq-dir. Bu maddələr torpaqdan tütün bitkisinə keçən ağır metallardır. Bu nisbət aparılarsa qəlyan, siqaretdən 50 qat daha ziyanlıdır. Əgər biz bu maddələrin (arsen – siçan zəhəri, terebantin - daha çox aromatik tərkibli vurulan bu maddə boyaların təmizlənməsində, qurğuşun, nikel digər ağır metallar bədən zəhərlənməsi və s.) gündəlik məişət həyatımızda nə üçün istifadə olunğunu bilsək ciddi dərəcə də təhlükəni anlaya bilərik.

Bu vərdişdən istifadə edən insanlarda ilk diqqət çəkən yaddaş pozğunluğudur.

Digər zərərlərinə nəzər salaq:

Qəlyan insanda zamanla asılılıq yaradır. Pis vərdiş halına gələn qəlyan siqaretdən daha zərərlidir. Bir qəlyan, 4 - 5 paçka siqaret miqdarına bərabərdir.

Qəlyan çox məsum kimi görünsə də bir çox xərçəng xəstəliyinin başlanğıcıdır.

Damar xəstəliklərinə səbəb olduğu kimi, damarların büzüşməsinə və damar tıxanıqlığına səbəb olur.

İnsanlar da baş ağrısına və mədə bulantısına səbəbiyyət verir. Xüsusilə xronik olaraq istifadə olunan qəlyan qalıcı baş ağrılarına səbəb olur.

Ağız xəstəliklərinə səbəb olur və xüsusiylə yanaqların formasını pozur.

Aludəçi olan kişilər də sonsuzluga təkan verir.

Ağciyər xəstəliklərinə başlanğıc olur, əsasən də ağciyər xərçənginə səbəb olur.

Qəlyan asılığı olan qadınlarda erkən yaşlanma, menopoz və uşaqlıq xərçəngi xəstəliyi aşkar edilir.

       Əsas zərərlərindən biri isə infeksiyon xəstəliklərin yayılmasında zəmin rolunu oynayır. Bir çox infeksiyon xəstəliklər hava – damcı yolu ilə yayılır və xəstə insanla eyni qəlyanı çəkdiyimiz zaman biz də yoluxmaya məruz qalırıq. İstifadəçilər başlıqların tək nəfərlik olduğunu mudafiə etsələr də, bildirəkki ucluqlardan ələvə xəstəlik daşıyıcıları dəmir boruda da fəaliyyətlərini davam etdirir və hər aldığımız dumanla bədənimizə yayılır.

   Xüsusiylə qəlyan satıcıları qəlyanın siqaretdən az zərəli olduğunu qeyd edirlər. Ancaq qəlyan siqaretdən daha zərəlidir və içində olan su qəlyanın bütün toksinlərini özündə toplayır. Bu da qəlyanın hər çəkildiyində zərərin bir qat daha artmasına gətirir və suda toplanan zəhər insanların hər çəktiyində bədəninə yayılır.

"Siqaret istifadə etmirik, qəlyan əyləncəmiz olsun" deyənlər çoxdur. Siqaret, qəlyan və digər asılılıq yardan tütün məhsullarından istifadə etmək bir iradə məsələsirid və insanların bu məhsullara ehtiyacı yoxdur. Təəssüf ki, insanlar bu məhsulları qida kimi, su kimi ehtiyac halına gətirirlər. Bu məhsulları istifadə etmək ya da etməmək sadecə beynimizdə bitən bir məsələdir. Həyata daha güclü tutunmaq üçün bu pis vərdişlərdən uzaq duraq, gəncliyimizi, sevdiklərimizi qoruyaq.

                                                                                                                                                       İSİM əməkdaşı Günay Quluzadə


siqaret qəlyan zərərli vərdişlər