Qidanın insan xarakterinə təsiri

01.11.20.19

“ Mənə nə yediyini söylə - kim olduğunu öyrənim”. Son zamanlar bu deyim, elm adamlarının geniş miqyaslı araşdırması nəticəsində məna qazanmışdır. 5 il ərzində Kanadalı və Amerikalı elm xadimləri 10.000 insanın yemək alışqanlığını müşahidə edib. Depresiyanın, yuxusuzluğun və ruh halındakı dəyişilmələrin əksərən qida mənşəli olduğunu ortaya çıxarmışdır.

İnsanın ən sevdiyi yeməkləri öyrəndikdən sonra, hansı xarakter sahibi olduğunu təsbit etmək müəyyən ölçüdə mümkündür.Yəni araşdırmalarda xarakterimizin 2 faktor tərəfindən formalaşdığı nəticəsi əldə edilib: nə yediyimiz və necə yediyimiz.Hər nə qədər pəhriz saxlamaq və ya düzgün qidalanmaq, öncəliklə beynimizdə çəkimiz və sağlamlığımızla əlaqəli olsa da, xarakterimizə təsirinin olduğunu öyrəndikdə təəccüblənə bilərsiniz.

Duygular, düşüncələr, hadisələr, şəxsiyyət xüsusiyyətləri, zehni problemlər və bir çox digər amillər yemək mexanizminə birbaşa təsir göstərir. Çünki ağıl və bədən bir-birlərinə birbaşa təsir etdikləri yerlərdə daimi münasibətdədirlər. Yemək davranışımıza təsir edən psixoloji amillər daim iş başındadır. Əksər insanlar yemək davranışından uşaqlıqdakı xəsarətlər, asılılıq münasibətləri, depresiya, narahatlıq, hirs, təklik, sevgisizlik, özünə inamsızlıq kimi mənfi duyğuların öhdəsindən gəlmək üçün istifadə edirlər.

Nə yediyimiz , duyğularımıza böyük ölçüdə təsir göstərir. Hər qidanın öz keyfiyyətinə uyğun enerjisi var. Qida dəyəri az , yağ və şəkər miqdarı yüksək olan ərzaqlar yediyimizdə enerjimiz düşür və duyğular mənfiyə doğru yönəlir. Sizcə bədbəxt insanlar niyə daha zərərli yemək istehlak edirlər? Zərərli qidalar bədənə mənfi təsir göstərir və mənfi hisslərdə daha çox zərərli qidalar istehlak edir. Çirkin bir mənzərədir. Qeyd edək ki, torpaq altında yetişən qida maddələri enerjini yavaşladır və torpağın üstündə yetişən qidalar enerjini artırır. Günəşlə birbaşa təmasda olan bitkilər sizə enerji verir. Qırmızı ət istehlak edən insanlar daha çox aqressiv olurlar. Niyə? Heyvanlar kəsildikdə bədəndə ifraz olunan hormonlar ət istehlak etdiyimiz zaman bədənimizə daxil olur.

Qan şəkərimiz düşəndə yaxşı hisslər keçirmirik. Əsəbi və gərgin olmağa başlayırıq. Beyin fəaliyyətlərinin qlükozaya ehtiyaci var. Qanda şəkər miqdarı düşdükdə, düşüncə və qabiliyyətlərimizdə zəifləyir.

Nə yediyimiz sadecə zehni fəaliyyətləri deyil, eləcə də fiziki sağlamlığımıza da təsir edir. Amerikadakı həbsxanalarda aparılan araşdırmada məhkumların daha çox tərəvəz və az “Fast food” yediklərində, həbsxana içi cinayət saylarının böyük ölçüdə azaldığını göstərir.

Bu səbədən qidalanmamıza sadəcə fizioloji proses və ya zövq kimi baxmaq düzgün deyil. Düzgün qida seçimləri zamanı bəzdənimiz də bizə daim müsbət cavab verəcəkdir.


sağlam qida insan psixologiyası