Tərkibində Nikotin olan qidalar...

04.12.20.19

Nikotinin zərərləri haqqında artıq çox insan məlumatlıdır. Yalnız bu maddə təkcə tütün məhsullarında deyil , eləcə də bir sıra qidaların tərkibinə daxildir. Yaxşı , bu qidalar bizə nə üçün lazımdır?

Badımcan

Ən bilinən nikotin tərkibli tərərvəzlərdən biri badımcandır. Badımcan nikotin konsentrasiyası baxımından ən zəngin qidalardan biridir. Sadecə 1 qramında tam 100 nq nikotin vardır. Bundan  əlavə olaraq bol miqdarda B1 və B6 vitaminləri , eləcə də potasiumla zəngindir. Həm də öz növbəsində güclü bir lif qaynağıdır.

Kartof

Kartof badımcana gorə daha az bir nikotin tərkibinə malikdir. 1 qram kartofda təqribi 7.1 nq nikotin vardır. Kartof da badımcan kimi B6 və potasyum vitamini qaynağıdır. Eyni zamanda A vitamini də tərkibində vardır. Kartof istehlakı ürək və damar xəstəliklərinə qarşı qoruyucu təsirə malikdir. Əlbəttə qızartmalar bu qrupa daxil deyildir. Sobada bişirilmiş və qaynadılmış tərəvəz nəzərdə tutulur.

Yaşıl pomidor

Yaşıl pomidor nikotin konsentrasiyası baxımından zəif olsa da badımcandan sonra 2 ci yerdədir. 1 qram yaşıl pomidor 42.8 nq nikotin vardır. Nikotinlə bərabər tərkibində fosfor , vitamin C , kalsium və potasium üçün də zəngin mənbədir.

Qirmizi pomidor

Qirmizi pomidor yaşıl pomidora görə biraz daha az nikotin tərkibinə malikdir. 1 qram qırmızı pomidorda 4.1 nq nikotin vardır. 244 qram qırmızı pomidor yediyimizdə bir passiv tütün istifadəçisi qədər nikotin qəbul etdiyimiz bildirilir.

Bibər

100 qram bibərdə 7.7 – 9.2 nq arasında nikotin vardır. Bibər eyni zamanda C vitamini cəhətdən zəngindir. Eyni zamanda bol miqdarda P və K vitaminləri tərkibində toplayır.

Gül kələm

Badımcan və yaşıl pomidordan sonra 3.sıra da yer alır. 1 qram gül kələmin içərisində 16.8 nq nikotin vardır. Bunun bərabərində K vitamini, lif , C vitaminiylə çox zəngindir. Gül kələmin tez tez istifadəsi bədəni toksinlərdən təmizləyir və xərçəng xəstəliklərindən qoruyur.

Siqareti tərgitmə müddətində bu tərəvəzlərin qəbulu bədəni nikotin ehtiyacına qarşı daha müqavimətli hala gətirir. Əlbəttə ilk başlarda siqaretin yaratdığı təsiri yaratmır, ancaq iradənizin zəif düşməməsi üçün dəstək alına biləcək zərərsiz yardımcılardır. Bu səbəbdən siqaretdən imtina müddəti ərzində bu tərəvəzlər orqanizm üçün güclü dəstək rolunu oynayır.

Nq: nanoqram

(1 qram – nanoqram vahidinə uygun hesablanmışdır.)

İSİM əməkdaşı

Günay QULUZADƏ


nikotin sağlam həyat tərzi siqaret