Bu şokoladdan uzaq durun

21.09.2019

Əslində saf kakao ehtiva etmədiyi üçün ağ şokolad şokolad belə deyil. Bu səbəbdən normal şokoladın serotonin təsirini boş yerə gözləməyin.
İçərisində kakao olmayan, ancaq kakao yağı ehtiva etdiyi üçün şokolad dadı verən ağ şokolad, kakao tozu olan şokoladlara görə daha az vitamin və mineral ehtiva edir. Ağ şokoladda isə digər şokoladlara nisbətlə daha çox süd və doymamış yağ var.
Mütləq ki şokolad yeyəcəksizsə, həqiqisini, yəni tünd rənglisini yeyin. Ancaq çox kakao çox xoşbəxtlik kimyası deməkdir. Yəni bu çıxışın eyni sərtlikdə enişi var bir də...
50 qram ağ şokolad 270 kaloridir. Yüksək yağ və şəkər miqdarı səbəbiylə ağ şokolad diabet xəstələyinə səbəb ola bilir.
Bundan əlavə, o, tez karies yaranmasına təhrik edir. Çümki onun tərkibində bakteriyaların artmasına mane olan maddə qara şokoladdan fərqli olaraq yoxdur. Həmçinin ağ şokolad maddələr mübadiləsinə mənfi təsir göstərir və tez çəki artmasına gətirib çıxarır.
Ağ şokolad yeməyi ağlınızdan çıxara bilmirsinizsə, kiçik bir parça yeməyiniz tövsiyə edilir.


qatqı qatqı maddəsi qida