Cipsi xərçəng cə sonsuzluq yaradır!?

08.08.2019

Həmçinin bu məhsulun tərkibində olan yağlar qanda xolesterinin miqdarını artırmaqla infarkt və insult riskini böyüdür, ürəyin ciddi xəstəliklərinə səbəb olur. Kartofdan hazırlanan çipsinin ürəyə mənfi təsiri onun tərkibindəki bəzi maddələrin (bir çox qızardılmış qida məhsullarının tərkibinə daxil olan maddələrin) miqdarının yüksək olması ilə bağlıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə başqa fikirdədir. O, çipsinin təhlükəli olduğuna əminliyini ifadə etdi: “Çipsi istehsalında genetik modifikasiya olunmuş (GMO) kartofdan istifadə olunur. Bir çox Avropa ölkələri bu cür malların əleyhinədir. Dünya bununla bağlı problem yaşayır. Azərbaycanda kənd təsərrüfatı ilə bağlı qanun qəbul olunanda Azad İstehlakçılar Birliyi olaraq bildirmişdik ki, ölkəyə GMO mallarının gətirilməsinə qadağa qoyulsun. Lakin həmin qanun Azərbaycana GMO mallarının gətirilməsinə hətta yaşıl işıq yandırdı. Bu gün ölkəmizdə kifayət qədər GMO əkilir, biçilir, satılır. Kartofdan hazırlanmış çipsilər də bura daxildir. İstehlakçı hüquqlarını qoruyan təşkilatlar çipsilərin istifadə edilməsinə qarşıdır. Azərbaycan bunu qarşısını almaq üçün xüsusi addım ata bilməyəcək. Çünki ölkəmizdə ondan da təhlükəli ərzaq məhsulları var. GMO-nun insan həyatına nə vaxt təsir edəcəyi bilinmir. Ancaq onlar çox təhlükəlidir. GMO malları təbiətin biomüxtəlifliyinə ciddi təsir göstərir. Çalışmaq lazımdır ki, uşaqlar çipsidən istifadə etməsinlər. Çünki çipsinin çox güclü fəsadları var. Ümumiyyətlə, çipsi Avropa ölkələrində arzuolunmaz qidalar siyahısına daxildir”.[1]

 

[1] http://musavat.com/news/iqtisadiyyat/cipsi-xerceng-ve-sonsuzluq-yaradir_60007.html


Cipsi xərçəng sonsuzluq GMO GDO