Etiket məlumatları doğrudurmu?

08.08.2019

Marketlərdə hansı məhsulu əlinizə alsanız ciddi bir problemlə qarşılaşarsınız. Üzərində “kənddən gələn ləzzət” yazan, ancaq adı çox bilinməyən bir markanın məhsul etiketinin içindəkilər qisimində: "Şəkər, çiyələk, qlükoza, pektin (E440), sitrik turşu (E330), qoruyucu maddə və boya istifadə edilmişdir" yazarkən, istifadə edilən qoruyucu və rəngləndiricinin nə olduğu isə yazılmayıb. Başqa məşhur bir istehsalçının yenə məhsul etiketində isə fərqli bir qəribəlik gözə dəyir. Etiketin azərbaycanca hissəsinə "ərik, qlükoza siropu, qatılaşdırıcı, turşu tənzimləyici, qoruyucu, dadlandırıcı" yazmaqla kifayətlənən firma eyni məhsulun İngiliscəsinə isə "Acricot, Glucose syrup, Acidity regulator (E330), Thickening Agent (E440), Antimikrobial Agent (E202), Sweetener Aspartam (E951), Aspartam (E952), Sunett (E950), Sakkarin (E954)" yazıb.

Bazarda satılan sadə bir keksin etiketində məhsulun bunlardan hazırlandığını yazır: "Biskvitlik un, pudra şəkəri, yumurta, duz, hidrogenləşdirilmiş bitki mənşəli yağ [1], su, qlükoza siropu[2], invert şəkər siropu (E103), gliserol (E422), amonyum bikarbonat (E503), natrium bikar­bonat (E500), təbii ilə eyni vanillin [3] aroması, kalium sorbat (E202), sitrik turşu (E330)."

Bir kiçik şokoladın tərkibi isə belədir: "Şəkər, qlükoza siropu (NBŞ), süd tozu, bitki mənşəli yağ (palma), albümin[4], invert şəkər (E1103), kakao tozu, duz, südlü şokolad, kakao yağı, kakao kütləsi, mineralsızlaşdırılmış pendiraltı suyu tozu, soya lesitini (E322), etil vanilin, kakao quru maddəsi" Firma heç bir məhsula E kodunu yazmağı gərək belə görməyib. (E kodlarını biz əlavə etdik)

Türkiyəyə gedənlərin hədiyyə olaraq aldıqları “Mevlana Şekeri” adıyla məşhur “Mövlana Şəkəri”nin etiketinə baxdığımızda çaşırıq: "Rəfinə ağ şəkər, qlükoza (NBŞ), sitrik turşu (E330), natrium-L askorbat (E301), tartrazin (E102), növünə görə E102 ilə E133 aralığındakı rəngləndiricilər, pençevre 4R E124, Sunset Yellow (E110), (Növünə görə təbi ilə eyni limon, banan, vişnə, gül çiyələk, alma, darçın, qərənfil, ərik, portağal, bergamot, Hindis­tan qozu və vanil aroması)." Fars mənşəli bu məhsulun tərkibinə baxın, tam bir müəmma!

Ən maraqlı nümunələrdən bir başqası da, İsparta Gülbirlik tərəfindən istehsal olunan loxumların tərkibidir. Məhsulun etiketində tərkibi belə sıralanır: "Şəkər, su, qarğıdalı nişastası, sitrik turşu (E330), ponceau 4R (E124), təbi ilə eyni gül aroması." Qabında “güldən gələn ləzzət” yazan və gül diyarı olaraq tanınan İspartada, üstəlik “Gülbirlik” adlı kooperativ tərəfindən hazırlanan məhsulda çox təəssüf ki, gül və ya gülə dair heç bir şey yoxdur. Hətta məhsulda süni/sintetik gül aroması/rəngləndirici istifadə edilib. Kodu yazılmadığı üçün aromanın hansı qatqı maddəsi olduğu və mənşəyi də bilinmir. Bir başqa dəhşətli nöqtə isə, gül rəngi verməsi üçün istifadə edilən E124-dür ki, bu maddə EFSA-ya görə mütləq çəkinilməsi lazım olan bir maddə və ABŞ-da istifadəsi qadağandır. FSA-nın isə bütün dünyada qadağan edilməsini təklif etdiyi bu maddə, gül diyarından yerli bir dad zənn edərək aldığınız rəngləndirilmiş qlükoza olan yerli bir məhsulda qarşımıza çıxır.

Türkiyədə “dondurma” deyilincə, bu ölkədə ilk ağla gələn şəhər Maraşdır. Maraşdan çıxıb ölkəyə yayılan markalardan biri olan Madonun “sadə dondurma” ya­zan məhsulunun etiketində bunlar yazır: "Süd, şəkər, qlükoza, süd kremi, səhləb, qatılaşdırıcı (natrium aljinat (E401), karagenan (E407), keçiboynuzu gamı [5](E410), guar gam (E412), sodyum karboksi metil sellüloz (E469), Emulqator: Yağ turşularının Mono və Digliseridləri (E471)." Firma məhsulun üzərinə gerçək ləzzətlər' yazıb. Qəribədir, amma belə bir kimyəvi qarışıq üçün “gerçək ləzzət” yazıb. Qanunlar icazə verdiyinə görə əlbəttə istehsalçı maraqlarına uyğun gələn hər şeyi istədiyi kimi çıxarır və yazır. Onsuz da olub bitən də bundan ibarətdir. Hüquqi baxımdan bunları edən bütün markalar haqlıdır. Çünki qanunlar icazə verir.

Dünya tərəfindən məşhur bir içki istehsalçısının “Ramazan Şerbeti” adıy­la bazara çıxardığı məhsulun qabında yazanlar isə bunlar: "Su, şəkər (sakaroz/qlükoza siropu), vişnə və qırmızı üzüm suyu konsentrantları, turşuluğu nizamlayıcı (sitrik turşu (E330)), aromalar (ərik, zəncəfil, qərənfil, əncir)." Firmanın, 2011-ci il Ramazan ayındakı satışlarını bir əvvəlki ilin Ramazan ayına nisbətlə dörd qat artırdığı açıqlamasından anlayırıq ki, az bir bal və ya bəhməzi su ilə qarışdırıb soyutduqdan sonra ikram edə bilməyən dövrümüzün insanı, bu məhsulu sanki qapışmış. Etiketdə qeyd edilən meyvə sularının(!) hansı nisbətdə olduğu belə ifadə edilməyən, həm mübahisəli, həm də ümumiyyətlə geni dəyişdirilmiş qarğıdalıdan əldə edilmə ehtimalı daşıyan ABŞ-lı (qlükoza siropu) 'sözdə şərbətin bu cür marağa səbəb olması, necə bir mətbəxə sahib olduğumuzun göstəricisidir. Qaldı ki, Nazirlik rəsmi cavabında belə bir məhsula icazə vermədiyini açıqladığı halda, icazə vermədiyi məhsul haqqında heç bir tədbir də görmür.

Dərhal hər gün satın aldığınız bir keksin etiketində yazan tərkiblə, evdə hazırlanan bir keksə əlavə olunanlar arasındakı fərq, əslində heç bir sözə gərək buraxmaz. (Məqsədimiz burada qeyd edilən markaları pisləmək deyil, gerçək nümunələrdən örnək göstərməkdir. Bu onları tənqid etdiyimiz digər markaları isə təmizə çıxardığımızı göstərmir. Digər markalar diqqətlə incələndiyində bəlkə də daha çox tənqid olunacaq nöqtələr çıxa bilər.)

 

[1] Bu məhsulda 'palm yağı' (palma yağı) olduğu ifadə edilmiş amma hər vaxt palm yağı olmaya bilər! Bu ifadə ümumiyyətlə marqarin üçün istifadə edilir. Palm yağı, ya da diğer adıyla Palma yağı, palmiyə meyvəsindən hazırlanan bir yarı qatı bitki mənşəli yağdır. Palma yağı daha çox maşın yağı və  dizel, biodizel istehsalında istifadə edilir. Çox ucuz istehsalına görə bəzi qidalarda firmalar tərəfindən (Nutella, Ülker) istifadə edilir, fəqət halhazırda sağlamlıq baxımından ölkələr tərəfindən qidalarda istifadəsi qadağan olunmağa başlanmışdır. Bu yağın ən çox istehsal olunduğu İndoneziya və Malayziyanın çox sayda yağmur meşələrinin istehsal sahəsinə çevrilməsinə görə Sumatra oranqutanı, Sumatra gərgədanı, Borneo gərgədanı, Sumatra fili, Borneo fili, Sumatra qaplanı kimi bəzi canlılar nəsli kəsilmək təhülkəsi altına girməkdədir. https://tr.wikipedia.org/wiki/Palm_ya%C4%9F%C4%B1

[2] Qarğıdalı nişastasından əldə edilən şəkər

[3] Vanilin, vanilin sintetik halına verilən ad olub, 'təbii ilə eyni' ifadəsiylə qanuniləşdirməyə çalışılır

[4] Albümin ticari olaraq 'fibrin' və 'jelatin' kimi heyvanların toxumalarından əldə edi­lir. İnanclar baxımından sıxıntılı bir maddədir

[5] fanta kimi turşulu (asidli), qazlı içkilərdə qatılıq arttırıcı olaraq istifadə edilən maddə. https://eksisozluk.com/keciboynuzu-gami--369069


E qatqı maddəsi qida təhlükəsizliyi