Gündə bir siqaret belə erkən ölüm riskini artırır

31 İYN 2019

Ömür boyu gündə bir siqaret çəkənlərin erkən ölüm risklərinin heç siqaret çəkməyənlərə görə 64% çox olduğu bildirildi.

Risk, gündə 1-10 siqaret çəkənlərdə 87%-ə qədər çıxır.

JAMA' da yayınlanan araşdırma “NIH-AARP Diet and Health Study” çərçivəsindəki 290 mindən çox adama aid məlumatlar analiz edildi.

“National Cancer Institute” mütəxəssislərinə aid araşdırma, az çəkdikləri siqareti buraxanların riskinin hələ çəkənlərə görə daha aşağı olduğunu və nə qədər erkən buraxılsa risk azalmasının o qədər çox olacağını da göstərir.

Gündə bir siqaret belə xərçəng riskini artırır

Araşdırmaya görə ilk sırada gələn erkən ölüm səbəbi ağciyər xərçəngidir.

Ömürləri boyunca gündə ortalama olaraq bir siqaretdən belə az çəkənlərin ağciyər xərçəngindən ölmə riskləri heç siqaret çəkməyənlərə görə 9 misli, 1-10 siqaret çəkənlərdə isə 12 misli yüksəkdir.

Gündə 1-10 siqaret çəkənlərdə KOAH-dan ölüm riski heç çəkməyənlərdən 6 misli, ürək-damar xəstəliklərindən ölüm riski isə bir yarım misli çox çıxdı.

Gələk nəticəyə

BİR: Araşdırma, gündə 1-2 siqaret çəkməyin özlərinə heç bir zərəri olmadığını zənn edənlərin yanıldıqlarını göstərir.

"Qəhvə yanında siqaretlə kef edənlərin" diqqətinə!

İKİ: Yalnız gündə 1-2 siqaretin deyil, passiv olaraq siqaret tüstüsünə məruz qalmağın (ikinci əl tüstü) və hətta üçüncü və dördüncü əl tüstülərin də eyni şəkildə riskli olduğunu xatırladırıq.

Qaynaq:


Gündə bir siqaret belə erkən ölüm riskini artırır

siqaret tütün elektron siqaret təhlükə zərərli xərçəng ölüm risk