Mikrodalğa sobalardakı sağlamlıq riskləri

06 iyun 2019

Mikrodalğa sobaların müasir həyatın imtina edilməz vəsaitlərindən biri olduğuna, həyatımızı çox da asanlaşdırdığına etirazımız yoxdur amma bunların sağlamlığımız üçün yaratdığı riskləri yaxşı bilməyimiz və lazımlı tədbirləri almağımız lazımdır.

Yemək qabları üzərində yazılan "microwave-safe" yəni "mikrodalğa sobalar üçün təhlükəsizdir" ifadəsinə aldanmayın.

Bu, o plastikin sağlamlığınıza zərər verməyəcəyi deyil mikrodalğa sobada əriməyəcəyi, qırılmayacağı yeni zərər görməyəcəyi mənasını verir.

Plastikin elastik olmasını təmin edən bisfenol A, fitalat kimi kimyəvi maddələr isidilmə əsnasında qabdan yeməklərə keçə bilir.

Mikrodalğa sobada isidilən yeməyin üzərinin bağlanılması lazım olan vəziyyətlərdə plastik qapaq təhlükəlidir çünki qapağın altındakı sıxlaşmada fitalatlar ola bilər və bunlar yeməyə damlaya bilər.

Geri dönüşüm kodlarına diqqət

Plastik qabların cızılmış və rənglərinin dəyişmiş olanlarındakı təhlükə daha böyükdür, bunların qətiliklə istifadə edilməməsi lazımdır.

Bir də bu məhsulların altlarında yazılan geri dönüşüm kodlarına diqqət yetirilməsi lazımdır; 3 və 7 nömrəli olanların mətbəximizdə əsla qoyulmamalıdır.

Plastik qabların hamısında hormon pozucu kimyəvilər var

Texas Universiteti tərəfindən aparılan bir araşdırmada, 455 plastik qabın 70%-də hormon pozucu kimyəvilər olduğu, bu məhsullar mikrodalğa sobalarda istifadə edildiyində oranın 95%-ə çıxdığı bildirildi (1).

Araşdırmanın diqqət çəkən bir nəticəsi də üzərlərində bisfenol A (BPA) yoxdur xəbərdarlığı olan qablarda belə estrogen fəaliyyətinin olmasının təyin olunması və hətta bunlardakı fəaliyyət nisbətlərinin daha yüksək olması idi.

BPA və fitalatlar yerinə istifadə edilməyə başlayan kimyəvilərin də buraxın daha təhlükəsiz olmalarını daha da təhlükəli olmaları mümkündür, yəni yağışdan qaçarkən doluya tutula bilərsiniz.

"BPA yoxdur" xəbərdarlığı bir aldatmacadır

"BPA yoxdur" xəbərdarlığı olan qablardakı BPS-in də eynilə BPA kimi hormon pozucu təsirləri olduğu göstərildi.

Karsinogenik olduğu səbəbiylə DEHP yerinə istifadə edilməyə başlanan DINP və DIDP-in də hipertansiyon və insulin müqavimətinə gətirib çıxardıqları təsbit edildi (2, 3).

Hər il həyatımıza 700-dən çox kimyəvi maddə girir və bunların heç biri də lazımi təhlükəsizlik testlərindən keçmir ki, onsuz da keçmələri də mümkün deyil.

Bunun üçün illərlə davam edən, yüzlərlə araşdırma aparılması lazımdır və bu da praktik olaraq qeyri-mümkündür.

Gələk nəticəyə

Ən doğrusu mikrodalğa sobalarda "plastik qabları heç istifadə etməmək" və bunların yerinə daim şüşə və ya saxsı qabları seçmək.

BİR: Mikrodalğa sobalarda yalnız şüşə və saxsı qabları istifadə edin

İKİ: Bu qabın üzərinin örtülməsi lazımdırsa plastik bir qapaq yerinə kağız dəsmal istifadə edin.

ÜÇ: Plastik yemək qablarını əsla təkrar istifadə etməyin.

Qaynaqlar:

1. http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3222987/

2. http://hyper.ahajournals.org/content/66/2/301.full?sid=be69c579-505c-4e04-a84f-5a4b187da7a6

3. http://hyper.ahajournals.org/content/66/2/301.full?sid=be69c579-505c-4e04-a84f-5a4b187da7a6

4. http://ahmetrasimkucukusta.com/kategoriler/yazilar/tip-yazilari/bisfenol-a-bpa/


mikro dalğalı soba zərərli plastik qab