Qatqı Maddəsi Nədir?

27 MAY 2019

Müasir sənaye qatqı maddələri təbii və sintetik maddələrdən ibarət olub, əsas xammaddə­lərdən fərqlənən və qida maddəsi istehsalında son məhsulu hazırlamaq üçün istifadə edilən, qidanın istehsal, emal, pa­ketləmə və ya yığılması mərhələsində məhsulun quruluşunu dəyişdirən hər hansı bir maddəyə deyilir.

Sənaye üçün qazanc vasitəsinə çevrilən ərzaq sürətli və asan istehsal edilməli, ancaq uzun müddət pozulmadan qalmalıdır. Tələb olduqda bütün dünyada tək növ, tələb olduqda hər bir bölgənin öz damaq dadına uyğun olaraq istehsal edilməlidir. Bunun üçün fərqli funksiyalara malik on minlərlə qatqı maddəsi vardır. Bitkilər və heyvanlarla yanaşı, minerallar və süni maddələr də ərzaq qatqı maddələrinə əlavə olunur. Avropa İttifaqı ölkələrində olduğu kimi qida qatqı maddələri E ön şəkilçisi ilə nömrələnir. Beləliklə, E nömrələri təsdiq olunmuş bir qida əlavəsi maddəsini ifadə edir. Məsələn, 441 nömrəsi ilə jelatin (gelatine) əvvəlinə E əlavə olunaraq, E441 olur. Hər bir qatqı maddəsinin E kodu olmaya bilər. Lakin, 60.000-dən çox qatqı maddəsinin sadəcə 1000-də E kodu var. Qatqı maddələri müxtəlif məqsədlərlə istifadə edilməklə yanaşı, ümumiyyətlə, pozulma və digər keyfiyyət itkilərinin qarşını almaq üçün istifadə edilir. Funksiyalarına görə belə qruplaşdırılır:

Turşuluq tənzimləyiciləri  və tamponlar

Xarlanmağa qarşı olanlar

Antioksidant, antioksidləşdiricilər (bu maddələr oksidləşmə prossesini ləngidir, məhsulların xarab olmasının qarşısını alır. Təsirinə görə konservantlara oxşayır.)

Zənginləşdiricilər

Emulqatorlar (məhsulların müəyyən strukturunu saxlayır və bununla stabilizatorlara oxşayır)

Rəngləyicilər, Qoruyucular

Stabilizatorlar (bu maddələr məhsulun tərkibini sabit saxlayır)

Qatılaşdırıcılar

Beynəlxalq və ya yerli təşkilatlar bu qatqı maddələrinin istifadəsinə icazə versələr də, dinə uyğun olmayanları, allergik və ya kanserogen olmaları heç vaxt diqqətdən kənarda saxlanılmamalıdır. Toksiki (zəhərli olma xüsusiyyəti) və təhlükəsizlik məlumatları da ayrı bir mövzudur. Sonrakı səhifələrdə də görəcəyimiz kimi qatqı maddələrinin bir qismi bəzi ölkələrdə qadağan olunmuşdur.


qatqı qatqı maddəsi qida