Toyuq alarkən nələrə diqqət etməliyik?

24.07.2019

Hər nə qədər vegeteriyanlar heç ət yemirlərsə də, insanoğlunun ətyeyənlər (etoburlar) sinifinin sonradan da olsa bir üzvü olduğu bir həqiqətdir. Bu səbəblə əti sevməyənimiz, yeməyənimiz çox azdır. Hələ bir də bahalı olmasaydı. Ətdən danışmışkən mətbəximizin vazkeçilməzi olan toyuqdan yan keçə bilmərik. Toyuq zülal, vitamin-mineral baxımından insan sağlamlığı üçün olduqca yaxşı bir qida mənbəyidir.

Toyuq əti seçimində diqqət edəcəyimiz xüsuslar hansılardır:

-Açıq şəkildə satılan toyuq ətini almaq tövsiyə edilmir.

-Bu gün bəzi market və bazarlarda üzərində hansısa istehsalçıya aid olduğu göstərilməyən toyuq əti satılır. Hissələr şəklində, kiloqramla satılan bu toyuqların haradan gətirildiyi, hansı şəraitdə saxlanıldığı və kəsildiyi barədə nəinki alıcıların, hətta satıcıların da məlumatı olmur.

-Toyuğun dərisinin səthi qüsursuz olmalı, qan ləkəsi, qızartı, qara, qəhvəyi rəngdə ləkə, çil, epidermisin xallanması, yanmış forması olmamalıdır.

-Təzə toyuq əti öz formasını saxlamalıdır. Bunu yoxlamaq üçün alıcılar barmaqları ilə toyuq ətini zəif sıxa bilərlər. Yumşaq bir sahəyə basarkən, təzə ət şəklini tez bərpa edir. Köhnə ət olanda boşluqvari çala qalır. İstehlakçılara həmin toyuq ətini almaq tövsiyə olunmur. Üzəri quru, təmiz olmalı, yapışqan, selikli olmamalıdır. Bundan əlavə, ətin spesifik qoxusuna, rənginə diqqət etmək lazımdır. Ətin qablaşdırılması əzilmiş, zədələnmiş və cırılmış, qabda qan yığını, qırmızı buz kristalları olmamalı, mayeni çəkməsi üçün xüsusi döşəkcik yerləşdirilməlidir.

-Üzərində barkodu, əmtəə nişanı, məhsulun adı, istehsal və son istifadə tarixi, standartın nömrəsi, istehsalçı müəssisənin adı aydın şəkildə qeyd olunmalıdır.

-İstehsal sahəsindən alıcının mətbəxinə qədər soyuq zəncirin tələbləri gözlənməlidir. Yəni istehsal olunduğu yerdə, daşındığı maşında və satıldığı ticarət obyektində soyuducuda saxlanmalıdır.

-Dondurulmuş toyuq tam dondurulmuş vəziyyətdə, - 18 dərəcə temperaturda saxlanılmalıdır. Toyuq əti seçərkən qablaşdırmada heç bir zədə olmamalıdır. Qabın daxilində çəhrayı buz kristalları olmamalıdır. Əgər varsa, deməli toyuq dondurulub və yenidən donu açılıb.

-Alıcılar məhsul alarkən ticarət obyektlərindən sertifikatının olub-olmadığını tələb edə bilərlər.


toyuq broyler yumurta hormon soya