Uşağınıza şəkər deyil uyuşdurucu verirsiniz

21.09.2019

Miçigan Universiteti mütəxəssisləri tərəfindən aparılan araşdırmada işlənmiş qida yeməyi (kartof qızartması, tort, pizza və kimi) azaldanlarda, siqaret, alkoqol və uyuşdurucunu tərgidənlərdə ortaya çıxan əksiklik əlamətlərinin görüldüyü təsbit edildi (1).
Mütəxəssislər 231 nəfər həddi-büluğ olanlardan son ildə yedikləri işlənmiş qidaları azaltdıqlarında nələr baş verdiyini soruşdular.
İştirakçılar, bunları tərgitdiklərində ilk 2-5 gün arası kefsizlik, əsəbilik, baş ağrısı, yorğunluq və o yeyəcəklərə qarşı şiddətli arzu hiss etdiklərini, sonrakı günlərdə bu duyğularının azalmağa başladığını bildirdilər.
Şəkər kokain kimi təsir göstərir
Daha öncə, şəkər, şokolad, çipsi, pizza, kartof qızartması kimi işlənmiş qidaların beyində “mükafat mərkəzinə” təsir edərək bağımlılıq yaradacağı, bağımlılarda beyin dəyişikliklərinə belə səbəb ola biləcəyi bildirilmişdi (2, 3).
Bu araşdırmaya görə, ən çox bağımlılıq yaradan işlənmiş qida “pizza” idi və indi “şokolad”, “kartof qızartması” və “abur cubur bisküvitlər” də var.
Bu yeyəcəklər “qlisemik yükləri” ən yüksək olan və qan şəkərini sürətlə artıran yeyəcəklərdi.
Heyvanlarda aparılan təcrübələr də işlənmiş yeyəcəklərin, ya çox yağlı, ya ağ un, ya da şəkər kimi rafinə karbonhidrat əlavə edilmiş bəsinlərin bağımlılıq-bənzəri yemə davranışa səbəb olduğunu da ortaya qoymuşdu.

Gələk nəticəyə

Şəkər və işlənmiş qidaların nə üçün siqaret və alkoqoldan daha çox zərərli olduğu bir kərə daha anlaşılır.
Günümüzdə uşaqlar hazır qidalarda işlənmiş qidalarla tanış olur və daha uşaqlıq çağlarından etibarən bu məhsulların bağımlısı olmağa başlayırlar.
Hazır qidalar ortadan qalxmadan obezitə və arxasınca gələn xroniki xəstəliklərin heç birinin qarşısının alınması mümkün deyildir.
Hazır qidaların adını ağızlarına belə almadan obezitə ilə mübarizədən bəhs edənlər içimizdəki İrlandiyalılardır.
Uşağınıza şəkər deyil uyuşdurucu verdiyinizi unutmayın!
Qaynaqlar:
1.https://www.sciencedirect.com/…/arti…/pii/S0195666318306196…
2.http://ahmetrasimkucukusta.com/…/islennmis-qidalar-kokain-…/
3.https://journals.plos.org/plosone/article…
4.http://www.conncoll.edu/…/student-faculty-research-shows-or…
5. http://ahmetrasimkucukusta.com/…/kaymakli-biskuvi-oreo-koka…

 


şəkər sağlam qida gmo