Uşaqların sevidiyi TOYBOX-un tərkibində nə var?

27 MAY 2019

Marketlərdə tez-tez qarşımıza çıxan və maraqlı qablaşdırması ilə uşaqların diqqətini çəkən Toyboxun tərkibində olan İNDİGO CARMİNE maddəsi bildiyimiz Carmin (Karmin, E120) deyil.

Bəs nədir İndigo Carmine?
E132 - Adı: İndigotin
Digər adı: Carmine indigo, İndigokarmin
Mənşəyi: Sintetik
Açıqlama: Bir çox məhsullarda istifadə edilən mavi sintetik azo qida boyasıdır. Mədən suları, meyvə şirələri, şərbətlər və limonadlar kimi aromalı içkilər, yeyilə bilən buzlar, dondurmalar, şirinlər, biskvit, keks, tort, şokolad, dərman və kosmetika sektorlarında çox istifadə edilir. Türkiyədə orqaniklər xaric hər cür qidada istifadəsi sərbəstdir.
Riskləri: Bəzi insanlarda kəskin allergik reaksiyalar yaradır. Hiperaktivlik, ürək bulanma, hipertəzyiq, dəri reaksiyaları, tənəffüs problemləri, allergiyalara səbəb olur. Xərçəng və genetik mutasiya yaratdığı da müəyyən olunub. Avstraliyada qadağandır.
Tərkibində olan zərərli maddələr yalnız bununlamı bitirmi? Təbii ki deyil!

Gözəl uşaqlarınızın daha çox zərər görməsi gərək ki, sağlam olmayan nəsillər yetişsin (eynilə bizlər kimi!)

E153 - Adı: Karbon
Digər adı: Brillant Black BN, Black PN
Digər adı: Carbonium, Vegetable Carbon
Mənşəyi: Sintetik
Açıqlama: Qara qida rəngləndiricisi olub, suda həll olmur. Buna görə də filtrasiya zamanı saflaşdırıcı agent olaraq istifadə edilir. Tərəvəzlər yandırılaraq əldə edilir. Mətbəə mürəkkəbləri, kabel, şinlərin istehsalı, o cümlədən, qida sənayesində istifadə edilir. 
Riskləri: Diqqətsiz istehsalda benzopiren kimi kanserogen maddələr meydana gəlir. Beynəlxalq xərçəng araşdırma agentliyi IARC, insanlar üçün ola biləcək kanserogen mənasında 2B olaraq xarakterizə edir. Uşaqlar üçün istifadəsi tövsiyə olunmur. Avstraliyada yalnız bitki mənşəyi olanlara icazə verilir. ABŞ-da qadağandır.
E171 - Adı: Titanium dioksid 
Mənşəyi: Mineral-Sintetik
Açıqlama: Ağ qida rəngləndiricisidir. Çox növlü məhsulların ağardılmasında istifadə edilir. Xüsusilə plastik, kağız, mürəkkəb, fiber, dərman, diş məcunları, qida və kosmetika məhsullarında rəngləndirici, parlaqlıq artırıcısı kimi istifadə edilir. Qida sektorunda xüsusilə şirniyyatlar, saqqız, qabartma tozu, ağ ləbləbi kimi rəngi ağ olan bir çox məhsullarda istifadə edilir. 
Riskləri: Bir çox yeni araşdırmalar titanium dioksidin risklərini aşkara çıxarır. Kanserogen olduğuna dair yeni ixtiralar ortaya çıxıb. Mütləq çəkinilməlidir. Almaniyada qadağandır.
Xarici görünüşü uşaqları cəzb edən bu zəhərli şirniləri hələ də uşağınız üçün məsləhət bilirsinizmi?


sağlam qida toybox uşaq qatqı tərkibi