Yeni qatqı maddələrinin hazırlanılması mümkündürmü?

27 MAY 2019

E Kodu nədir?

Qatqı maddələrinin qısa bir kodla adlandırılması ilk ola­raq Avropa ölkələrində 1962-ci ildə qəbul edilmişdir. 1964-cü ildə isə sistem, funksiyalarına görə kodlaşdırılmağa başlayır. Qidalara əlavə olunan qatqı maddələrinin yazılması isə 1965-ci ildə başlayır. E, European (Avropa) sözünün ilk hərfidir.

EC Kodu nədir?

EC, “European Community”/Avropa Birliyi ifadəsinin qısa yazılışıdır. Qidalara ilk olaraq Avropa kod verdiyindən, E kodları “EC kod sistemi” olaraq tanınmışdır.

E100-dən başlayıb, E1500-ə qədər siyahının arasında qalan bütün nömrələrin dolu olmadığına şahid olacağıq. Yeni növ qatqı maddəsi istehsalçıları, yeni məhsullar üçün müra­ciətlərinə razılıq aldıqda, həmin sıralamada və ya ondan sonra gələn bir nömrə ala bilər və ya nömrəsiz olaraq satışına icazə verilə bilər. Jelatində olduğu kimi bəzən nömrə almamış bir qatqının nömrəsiz olduğu kimi, aşağıdakı nümunədəki yeni bir qatqı maddəsi də nömrəsiz olaraq satışa çıxarıla bilər.

Birləşmiş Krallıq Qida Standartları Agentliyinin (FSA) başda qatıq olmaqla bir çox süd məhsuluna qatılmaq üçün çıxarılan və “aclığa qarşı olan qatqı maddəsi” adıyla satışa çıxarılan yeni bir qatqının istifadəsinə razılıq verdi.

İsveçrədə çıxarılan bu yeni maddənin adı “Metil Sellüloza (MC)”-dır. FSA ilə yanaşı, AB-yə bağlı EFSA da emulqator, sabitləşdirici və tündləşdirici olaraq MC-nin istifadəsinə razılıq vermişdir. Buna qarşı AB bu maddənin “pəhriz lifi” olaraq istifadəsini təsdiqləməmişdir. EFSA ağ toz olan, qatı məhlul meydana gətirmək üçün soyuq suda həll olan və isitməklə birlikdə jelatinə bənzər bir məhlula çevrilən MC-nin, uşaqlarda bağırsaq problemlərinə gətirib çıxardığı üçün uşaq məhsullarına əlavə olunması tələbini rədd etmiş və təsdiq edilməmişdir. Uşaq məhsulları istisna olmaqla, digər məhsullarda istifadəsinə icazə verilən bu maddədən uşaqların istehlak etməsinin qarşısı necə alınacaq? Süfrəyə qoyulan qatığa əlavə olunmasına icazə verilən Metil Sellülozadan uşaqlar özünü necə qoruyacaq? Həyat boyu qatıq yeməmək buna çarə olacaqmı? Hamilə qadın bundan yedikdə, döl də bununla bəslənmiş olmayacaqmı? Görünür ki, bəziləri bizi pis şəkildə ələ salır.


qatqı qatqı maddəsi qida e kodu