Yüksək doza B vitaminləri ağciyər xərçəngi riskini artırır

06 iyun 2019

Yüksək dozada B6 və B12 dəstəyi alanlarda ağciyər xərçəngi riskinin artdığı, təhlükənin hələ də siqaret çəkənlər üçün daha da çox olduğu bildirildi.

Araşdırma “Journal of Clinical Oncology” da yayınlandı (1).

2000-2002 illəri arasında araşdırmaya daxil edilən 50-76 yaşlar arasındakı 77118 nəfər 10 il əvvəlinə qədər hansı vitaminləri nə miqdarda qəbul etdikləri müəyyən olundu və bunlar 6 il izlənildi.

Bu zaman ərzində 808 nəfərə ağciyər xərçəngi diaqnozu qoyuldu.

Ohio Universiteti tərəfindən aparılan araşdırmanın analizində ortalama 10 il müddətlə gündə 20 milliqramdan çox B6 qəbul edən kişilərdə ağciyər xərçəngi riskinin vitamin qəbul etməyənlərə nəzərən 82%, gündə 55 mikroqramdan çox B12 qəbul edən kişilərdə isə 98% yüksək olduğu təsbit edildi.

Yüksək doza B6 vitamini qəbul edən və hələ də siqaret çəkənlərdə ağciyər xərçəngi riskinin vitamin dəstəyi qəbul etməyənlərə nisbətlə 6 ildə üç misli, B12 qəbul edənlərdə isə 4 misli artdığı təsbit edildi.

Qadınlarda B vitamini qəbulu ilə ağciyər xərçəngi arasında bir əlaqə olmadığı, B9 (folat) qəbulunun da xərçəng riskinə səbəb olmadığı görüldü.

Yüksək doza vitaminlər xərçəng riskini niyə artırır?

Yüksək doza vitaminlərin mutasiyaya məruz qalmış xərçəng hüceyrələrinin çoxalmasını sürətləndirərək xərçəng riskini artırdıqları düşünülür.

Qadınlarda B vitaminləri ilə xərçəng riski arasında bir münasibət olmaması isə B vitaminlərinin seks hormonları üzərindən təsirli ola biləcəklərini düşündürür.

B vitaminləri qidalarda kifayət qədər var

Bu vitaminləri immunitet sistemi, sinir sisteminin sağlam olması, DNT kopiyalanması daxil bir çox həyati funksiyada rol oynayırlar amma bunun üçün sağlam insanların qida dəstəyi qəbul etməsinə ehtiyac yoxdur.

National Institutes of Health sağlam yaşamaq üçün gündə 1.5 milliqram B6 və 2.4 mikroqram B12 qəbul edilməsini yetərli bilir.

Yalnız bir boşqab noxud yemək belə gündəlik B6 ehtiyacını qarşılayır.

B6 vitamini taxıllar, ədviyyatlar, paxla və ispanaq kimi tərəvəzlər, banan, yumurta, sarımsaq, fındıq, fıstıq, günəbaxana tumu, kök, göy noxudda var.

B12 vitamini isə ət, süd, yumurta kimi heyvan mənşəli qidalarda var.

Satış oyunları

Sənaye bu vitaminlərin yüksək dozalarının enerjini artıracağı, maddələr mübadiləsini sürətləndirəcəyi, xərçəngin qarşısını alacağı kimi iddialarla satış oyunları oynayır.

Çox təəssüf ki bir çox həkim də ya cəhalətindən ya da maraqlarına uyğun gəldiyindən bu yalanlara aldanır və ya aldanmış görünür və vitamin istifadəsinin ağılsızlıq səviyyəsinə çatmasında rol oynayır.

Halbuki bu iddiaların əsli astarı yoxdur!

Araşdırmanın mütəxəssislərindən Brasky "Yüksək doza vitaminlər bir bazarlama oyunudur, elmi deyil" sözləri düşündürücüdür (2).

Bunları unutmayın!

Bu araşdırmaya baxıb da "ağciyər xərçənginin səbəbi çox B vitaminiymiş, elə isə siqaret çəkməyə davam" düşüncəsinə qapılmayın.

Ağciyər xərçənginin də başqa bir çox xərçəngin də əsas səbəbi tütündür; çox B vitamini riski artıran bir faktordur.

Bunları da bir daha qeyd edin:

BİR: Sağlam olmaq üçün vitaminlər təbii ki şərtdir, amma bunlar normal bir diyetdə kifayət qədər vardır, ayrıca həb olaraq qəbul etməyin bir mənası yoxdur!

Sağlam olmaq qida dəstəkləriylə deyil sağlam qidalanmaqla mümkündür.

İKİ: Xərçənglər və ya bütün digər xroniki xəstəliklərin tək bir vitamin və ya başqa bir qida dəstəyi ilə qarşısının alınacağını gözləmək ağıl və məntiq işi deyil.

ÜÇ: Ehtiyacdan çox vitamin (E və C vitamini, beta-karoten) qəbul etmənin xərçəngin qarşısını almadığı kimi, tam əksinə xərçəng riskini artırdığı daha əvvəl də bildirilmişdi (3).

DÖRD: Qida dəstəkləri üzündən hər il minlərlə insanın təcili yardıma aparıldığı da unudulmamalıdır (4).

Gələk nəticəyə

Bizdə də sağlam olacaqlarını zənn edərək, adam kimi bəslənmədən və sağlam yaşamaqdan uzaqlaşıb vitamin tələsinə düşənləri -xüsusilə yüksək doza D vitamini və omeqa-3 həbi qəbul edənləri - bir dəfə daha xəbərdar edirik.

Qida dəstəklərindən mənfəət təmin edənlərin və ya yüksək dozada vitaminlərin zərərli ola biləcəyini bilməyənlərin oyununa gəlməyin.

Pulla səadət həblə sağlamlıq olmaz!

Qaynaqlar:

1. ttp://ascopubs.org/doi/abs/10.1200/JCO.2017.72.7735?journalCode=jco

2. http://edition.cnn.com/2017/08/22/health/vitamin-b6-b12-lung-cancer-study/index.html

3. https://www.medpagetoday.com/primarycare/generalprimarycare/32369

4. http://www.nejm.org/doi/full/10.1056/NEJMsa1504267


b vitamini qida əlavəsi xərçəng ağciyər xəstəliyi zeytun bağları