Aspirin kimi meyvə

14.09.2019

Meyvə və tərəvəzlərin şəfa anbarı olduğunu söyləyən mütəxəssislər, 20 gilasda 12 - 25 milliqram arası antosiyanin maddəsi olduğunu, bu maddənin ağrı kəsici təsirinin aspirindən on qat daha çox olduğunu söylədi. Vitamin və mineral anbarı olan meyvələrin faydaları saymaqla bitmir. Yay aylarının vaz keçilməz meyvələrindən biri olan gilas, güclü bir ağrı kəsicidir. Bədənin başlıca düşməni olan xolesterolun heç bir meyvədə olmadığını söyləyən mütəxəssislər, meyvələrin təbii şəkər ehtiva etdiyini, çox meyvə istehlakında beyindəki sinir hüceyrələrinin inkişaf etdiyini, meyvə yeməyin yaddaşı canlandırdığını qeyd etdi. Meyvələrin mükəmməl lif qaynağı olduğunu vurğulayan mütəxəssislər, vitamin və mineral baxımından çox zəngin olan meyvələrin kalorilərinin az olduğunu və çəki artırmadığını dilə gətirdi. Xolesterolu və qan şəkərini salan gilasın, qəbizliyi də aradan qaldırdığını xatırladan mütəxəssislər, "Gilasda olan flavanoidlər, bədəndəki zəhəri təmizləyir və antioksidan təsiri göstərir. Gilas, nikotinin bədəndən atılmasına kömək edir, böyrəklərdə daş və qum əmələ gəlməsinin qarşısını alır və varsa zamanla tökür. Öd kisəsi daşının tökülməsinə də kömək edir. Bundan savayı üzdə əmələ gələn sızanaqların təmizlənməsinə kömək edir" deyə danışdı.

gilas stres aspirin ağrıkəsici sağlam qida meyvə