Evdə edə biləcəyiniz idman hərəkətləri

27 MAY 2019

Həftədə 3 dəfə idman salonuna gedib, tər tökərək çəki itirmək sizə görə deyil?

Evdə edə biləcəyiniz idman hərəkətlərini təqdim edirik.                                                                                                                       

1. Ayaqlarınızı çanaq sümüyü xətti boyunca açaraq dizlərinizi bükmədən topuqlarınızı yuxarı-aşağı hərəkət etdirin.                                                    

2. Masa, ya da oturacağa söykənərək bir ayağınızı sərbəst buraxıb digər ayağınızı yuxarı-aşağı hərəkət etdirin.                          

3. Divara söykənib ayaqlarınızı bir az irəli uzadın. Dizlərinizi bir az büküb qollarınızı uzadaraq divara söykəyin. Xüsusən kürək nahiyənizi bütünlüklə divara söykəyin.

4. Əlinizə oxlov, ya da döşəmə silən taxtanı alıb dirsəklərinizi bükmədən başınızın üstünə qaldırın. Bu vəziyyətdə ombanızı sabit tutaraq bədəninizi sağa-sola hərəkət etdirin.                                                                                              

5. Ayaqlarınızı aralı qoyun, çöməlib-qalxın. Özəlliklə ayaq barmaqlarınız, diz və çanaq sümüyünüzün eyni səviyyədə olmasına nəzarət edin.             


idman qarın evdə idman sağlamlıq