Fiziki aktivliyin 5 açarı

16 iyun 2019

1. Fiziki cəhətdən aktiv deyilsinizsə, müntəzəm fiziki aktivliyə başlamaq və oturaq həyat tərzini azaltmaq hələ də gec deyil

•  Əyləncəli bir fiziki aktivlik növünü seçin

•  Fiziki aktivliyinizi tədricən artırın

•  Ailə üzvlərinizlə birlikdə fiziki aktiv olun

•  Çalışın ki, gündəlik fəaliyyətinizdə oturaq hallar az olsun 

2. Hər gün bacardığınız üsullarla fiziki aktiv olun

•  Alış-veriş üçün mağazalara piyada gedin

•  Lift əvəzinə, pilləkənlərdən istifadə edin

•  Avtobusdan bir qədər əvvəl düşüb istədiyiniz yerə piyada çatın

3. Hər həftə azı 150 dəqiqə orta intensivli fiziki aktivliklə məşğul olun

•  Fiziki aktivlik həyatınızın bir hissəsi olsun

•  Birlikdə fiziki aktivliklə məşğul olmaq üçün dostlarınızı cəlb edin

•  Fasilələr zamanı iş yoldaşlarınızla bəzi fiziki məşğələlər edin

• Təmizlik işləri, bağda çalışmaq, gəzintiyə çıxmaq və rəqs etmək orta intensivli fiziki aktivliyin yaxşı nümunələridir

4. Bacarırsınızsa, əlavə sağlamlıq faydaları üçün bəzi hallarda yüksək intensivli fiziki aktivliklə məşğul olun

•  Yüksək intensivli fiziki aktivliyə futbol, badminton və ya basketbol kimi idman növləri və aerobika, qaçış və üzgüçülük kimi fəallıq aiddir

•  İstədiyiniz idman növü ilə məşğul olmaq üçün bir komandaya və ya kluba daxil olun

•  İşə getmək üçün avtomobil əvəzinə, velosiped sürün

5. Məktəb yaşlı uşaqlar hər gün azı 60 dəqiqə orta intensivlikdən başlayan yüksək intensivliyədək fiziki aktivliklə məşğul olmalıdırlar

•  Gəncləri idman və əyləncəli fiziki aktivliklə məşğul olmağa həvəsləndirin

•  Gəncləri fiziki aktivlik üçün təhlükəsiz və əlverişli mühitlə təmin edin

•  Gəncləri məktəbdə və evdə geniş spektrli fiziki aktivliyə cəlb edin.


qidalanma düzgün qidalanma sağlam həyat sağlam qida qida təhlükəsizliyi dondurma kərə yağı