Pərpətöyünün inanılmaz faydası

27 MAY 2019

Dünyada məşhur türk həkimi Dr. Mehmet Öz Amerikada çıxış etdiyi bir televiziya verlişində Türkiyədə uşaq ikən anasının pərpətöyün ilə yemək hazırladığını anlatdı. Pərpətöyünün faydalarını bu tərəvəzi heç tanımayan Amerikalılara anlatdı.
Pərpətöyün 0 kalorili bir tərəvəzdir. Yağ turşuları mövzusunda başqa heç bir bənzəri tərəvəz yoxdur. Omeqa 3 yağ turşuları beynimizdə mövcud neyronların güclənməsi üçün çox gərəklidir. Bundan başqa ürək və damar xəstəliklərinə qarşı faydalıdır və imunitet sistemini gücləndirir.
Omeqa 3 qanda olan xolestrolu aşağı salır. Nizamlı bir şəkildə omeqa 3 qəbul edildikdə diqqət pozğunluğu və yaddaş problemlərinin qarşısını alır. Xüsusilə inkişaf çağındakı uşaqlara pərpətöyün tövsiyə edilir. Daha sürətli öyrənmə və yaddaşın inkişafına müsbət yöndə təsir edir. Şişin və xərçəngin yayılmasının qarşısını alır.
Bu ləzzətli bitkinin sağlamlıq baxımından bir çox faydaları var. Pərpətöyünün faydaları aşağıdakılardır.
Kalium tərkibli olduğu üçün qan dövranı sisteminin nizamlanmasına faydalıdır.
Qan şəkərini nizamlayır
Enerji verir,
Yaxşı bir antioksidan qaynağıdır.
Dəmir tərkibinə görə orqanizmdəki ağ və qırmızı qan hüceyrələrinin quruluşuna faydalıdır.
Əzələləri gücləndirir, qan təzyiqini nizamlayır və qanazlığına faydalıdır
Böyrəklərdəki qum və daşları tökməyə kömək edir.
Təbii bir kalsium və maqnezium qaynağıdır.
Ürək üçün faydalıdır, iflic riskini azaldır.
Tərkibindəki kalsium səbəbiylə dişlərin və sümüklərin güclənməsinə kömək edir.
Qut xəstəliyinə faydalıdır
Tərkibində yüksək səviyyədə omeqa 3 yağı var. Balıq yağında da olan omeqa 3 bu şəfalı tərəvəzdə də olduğu üçün çox tərceh edilir. Balıq yeməyi sevmirsinizsə, omeqa 3 ehtiyacınızı bu bitkidən qarşılaya bilərsiniz.
Xərçəngə qarşı da qoruyucu təsirə malikdir. Xüsusilə ağız və ağciyər xərçənginə qarşı da qoruyucudur.
Dəri gözəlliyini artırır.
İdrar xəstəliyinə, babasilə (hemaroy) qarşı faydalıdır
Kalorisi aşağı olduğu üçün də pəhriz saxlayan, çəki azaltmağa çalışanlar tərəfindən də rahat şəkildə istifadə oluna bilər.
Həzm sistemini tənzimləyir, qəbzliyin qarşısını alır.
Mədə xorasına qarşı faydalıdır. Mədə narahatlığı olan insanlar tərəfindən də istifadə edilə bilər.
•Ekzema kimi dəri xəstəliklərinə qarşı şəfavericidir.
Soyuqdəyməyə qarşı da qoruyucudur
Qaraciyərə faydalıdır, xolestrolu nizamlayır.
Uşaqların beyin inkişafına faydalıdır
Arıqlamaq üçün pərpətöyünü necə yemək lazımdır?
Pərpətğyünün mövsünüdə hər gün yemək faydalıdır. Salatını hazırlayıb, qatıqla qarışdırıb çiy olaraq yeyə bilərsiniz. Bundan başqa zeytunyağlı və ya qıymalı pərpətöyün olaraq da istifadə edə bilərsiniz.


Paylaş

qidalanma düzgün qidalanma sağlam həyat sağlam qida qida təhlükəsizliyi omeqa pərpətöyün