Təhlükəsiz qidalanmanın 5 açarı

16 iyun 2019

1. Təmizliyə riayət edin

• Ərzaq məhsullarına toxunmazdan əvvəl və yemək bişirən zaman əllərinizi tez-tez sabunla yuyun

• Sanitar qovşaqdan istifadə etdikdən sonra əllərinizi sabunla yuyun

• Qida hazırlamaq üçün istifadə edilən mətbəx ləvazimatlarını və avadanlıqları hər dəfə təmiz yuyun və dezinfeksiya edin

• Mətbəx zonasını və ərzağı həşərat, gəmirici və digər heyvanlardan qoruyun

2. Hazırlanmış qidanı çiy ərzaq məhsullardan ayrı saxlayın

• Çiy ət, quş əti və dəniz məhsullarını digər ərzaq məhsullarından ayırın

• Çiy ərzaq üçün ayrıca mətbəx əşyalarından (ətçəkən maşın, ət kəsmək üçün lövhə, bıçaq, qab-qacaq və s.) istifadə edin

• Çiy ərzağı və bişmiş (hazır) yeməkləri soyuducunun ayrı-ayrı rəflərində ağzı qapaqlı qablarda saxlayın

3. Yeməyi tam bişirin

• Xüsusilə ət, toyuq, yumurta və dəniz məhsullarını tam bişirin

• Şorba və pörtlədilmiş yeməkləri bişirən zaman 70°C-yə çatmasına əmin olmaq üçün qaynadın. Hazırlanan ət və toyuğun şirəsi qanlı deyil, təmiz olmalıdır. Ən yaxşısı termometrdən istifadə edin

• Hazır qidanı təkrar qızdıranda tamamilə qızmasına diqqət yetirin

• Yeməyin hazırlanması zamanı vaxtından artıq qızardılması, qrildə və sobada qalmasına və təkrar bişirilməsinə yol verməyin. Bu, toksik kimyəvi maddələrin yaranmasına gətirib çıxara bilər

4. Ərzaq məhsullarını təhlükəsizliyi təmin edən temperaturda saxlayın

• Yeməyi otaq temperaturunda 2 saatdan artıq saxlamayın

• Bütün hazırlanmış və tez xarab olan ərzaq məhsullarını soyuducuda saxlayın (5°C-dən aşağı temperaturda)

• Süfrəyə gətirməmişdən əvvəl qidanı isti (60°C-dən çox) saxlayın

• Qidanı hətta soyuducuda belə, çox uzun müddət saxlamayın

• Donmuş ərzağın donunu otaq temperaturunda açmayın

5. Təhlükəsiz su və təhlükəsiz çiy ərzaq məhsullarından istifadə edin

• Təmiz sudan istifadə edin və ya təhlükəsiz etmək üçün onu zərərsizləşdirin

• Yalnız təzə və faydalı ərzaq məhsullarından istifadə edin

• Pasterizə və sterilizə olunmayan süd içməyin, istifadə etməzdən əvvəl südü qaynadın

• Çiy yeyiləcək meyvə və tərəvəzləri yaxşıca yuyun

• Yararlılıq müddəti bitmiş ərzaq məhsullarından istifadə etməyin


qidalanma düzgün qidalanma sağlam həyat sağlam qida qida təhlükəsizliyi dondurma kərə yağı